07.01.2016
Qəzalar
Abşeronda avtomobillə vurulan qadın öldü
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Sabirabad rayon sakini Samir Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zərdab rayon sakini Afaq Əhmədovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş Afaq Əhmədovaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.