07.01.2016
Qəzalar
Avtomobillə vurulan piyada xəstəxanada ölüb
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.
Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat Naxçıvan şəhərində şəhər sakini Şahin Qasımov idarə etdiyi “King-Long” markalı avtomobillə yolu keçən həmyerlisi Nihalə Abazərlini vurub. Xəstəxanaya yerləşdirilmiş N. Abazərli yanvarın 6-da orada ölüb.
Naxçıvan şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.