07.01.2016
Qəzalar
Naxçıvanda qadın yol qəzasının qurbanı oldu
Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də saat 09 radələrində Naxçıvan şəhərində şəhər sakini Şahin Qasımov idarə etdiyi “King-Long” markalı avtomobillə yolu keçən həmyerlisi Nihalə Abazərlini vurub. Xəstəxanaya yerləşdirilmiş N.Abazərli yanvarın 6-da orada ölüb. Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.
Cavid