04.11.2015
Qəzalar
Qəza yerindən yaralı aparan təcili yardım maşını qəza törətdi - 4 yaralı
Lənkəranda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobil qəzaya uğrayıb. Cars-az report-a istinadən xəbər verir ki, hadisə hava limanı yolunda qeydə alınıb. Hadisə baş verən zaman ambulans digər qəza yerindən yaralı aparırmış. Qəza nəticəsində daha dörd nəfər – “07”də olan 1 qadın və 2 uşaq sərnişin, həmçinin təcili yardım maşınında olan bir nəfər xəsarət alıb.