Azərbaycanlılar Türkiyədə qəzaya düşdü

Azərbaycanlılar Türkiyədə qəzaya düşdü

Azərbaycanlılar Türkiyədə qəzaya düşdü

Azərbaycanlılar Türkiyədə avtomobil qəzasına düşüb. Kayseridə baş verən hadisə nəticəsində ciplə digər avtomobil toqquşub. Yol nəqliyyat hadisəsi nəticəsində 2 nəfər yaralanıb. Əldə edilən son məlumata görə, Azərbaycan əsilli S.M.-nin idarə etdiyi "38 DV 005" nömrəli cip qarşıdan gələn avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobillərdən biri yol dirəyinə dəyərək dayanıb. Qəza nəticəsində cipdə olan Azərbaycan əsilli M.M (19) və F.D (34) yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşınları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıb. Yaralıların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

anspress

Dostlarınla paylaş


Şərhlər


Top