"QAZ"la "NAZ-Lifan" toqquşdu, xəsarət alanlar var

"QAZ"la "NAZ-Lifan" toqquşdu, xəsarət alanlar var

"QAZ"la "NAZ-Lifan" toqquşdu, xəsarət alanlar var

Biləsuvarda xəsarətlə nəticələnən yol qəzası baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Xırmandallı kəndində (rayon mərkəzindən 9 km aralı) "QAZ" və "NAZ-Lifan" markalı 2 minik avtomobili toqquşub. Nəticədə, deformasiyaya uğramış "NAZ-Lifan" markalı minik avtomobilində olan 2 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. Əməliyyat saat 00:10-da başa çatıb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top