04.11.2015
Qəzalar
«Dərnəgül yolu»nda qadınları vuran avtomobil qaçdı
Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 8-də saat 16 radələrində paytaxtın Nizami rayonu, Ziya Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri Röyalə Bayramova və Günel Ağayeva vurulub. R.Bayramovaya və G.Ağayevaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Nurlan