Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Şəkidə iki maşın toqquşdu: yaralı var
Şəkidə iki maşın toqquşdu: yaralı var

Şəkidə iki maşın toqquşdu: yaralı var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Cars-az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil verib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 15:45-də başa çatıb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top