“QAZ 31” qəza törətdi, sürücü yaralandı

“QAZ 31” qəza törətdi, sürücü yaralandı

“QAZ 31” qəza törətdi, sürücü yaralandı

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun Kiraz qəsəbəsinə gedən yolda baş verib. Rayonun Qaryağdı kənd sakini, 1986-cı il təvəllüdlü Həsən Rzayev idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı H. Rzayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

APA

Dostlarınla paylaş


Şərhlər


Top