04.11.2015
Qəzalar
«Priora» «Kamaz»a çırpıldı
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında yolun 77-ci kilometrliyində, magistralın Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Paytaxt istiqamətində hərəkətdə olan “Lada Priora” markalı nəqliyyat vasitəsi “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə “Lada Priora”nın sürücüsü, 1991-ci il təvəllüdlü Quba rayonunun Gədik kənd sakini Mehrəliyev Rövşən Mustafa oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.