04.11.2015
Qəzalar
Bakıda qatar "Mercedes"i vurdu
Bakıda yük qatarı minik maşını vurub. Keşlə qəsəbəsi “Şanxay” kimi tanınan ərazidə qeydə alınan hadisə zamanı nizamlanmayan dəmir yol keçidində dayanan “Mercedes” markalı minik maşını elekrovozun zərbəsinə tüş gəlib. Daha sonra elektrovoz “Mercedes”i sürüyərək daş hasara çırpıb. Şahidlərin sözlərinə görə, minik maşını hadisə vaxtı keçidin sonunda nasazlıq səbəbindən dayanıb.
Qatar gələnə kimi maşını kənara çəkmək mümkün olmayınca məlum qəza baş verib. Sakinlərin sözlərinə görə, bu kimi hallar həmin ərazidə tez-tez baş verir. Səbəb həm keçidin nizamlanmaması və ərazidə sakinlərin sıxlığıdır.