28.02.2016
Qəzalar
Paytaxtda "Mercedes" yandı
Bakıda yanğın hadisəsi qeydə alınıb. Сars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.