Naxçıvanda avtomobil aşıb: ölən var

Naxçıvanda avtomobil aşıb: ölən var

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Araz kəndində qeydə alınıb. Rayon sakini Vüsal Məmmədli idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Cəfər Novruzov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top