Mikroavtobus yük maşınına çırpıldı: 6 ölü, 2 yaralı

Mikroavtobus yük maşınına çırpıldı: 6 ölü, 2 yaralı

Mikroavtobus yük maşınına çırpıldı: 6 ölü, 2 yaralı


Almaniyanın paytaxtı Berlində ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Berlin Dairəvi yolunda qeydə alınıb.

Yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qeyd olunur ki, Hamburq şəhərinə gedən mikroavtobus naməlum səbəbdən idarəetməni itirib və qarşısında hərəkət edən yük avtomobilinə arxadan çırpılıb. Ölən və xəsarət alanların hamısı mikroavtobusda olanlardır.

Dostlarınla paylaş


Şərhlər


Top