“Mersedes” müəllimi vurub öldürdü - Göyçayda

“Mersedes” müəllimi vurub öldürdü - Göyçayda

“Mersedes” müəllimi vurub öldürdü - Göyçayda

Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Cars-az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 9-cu kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. Kənd sakini Zaur İsmayılovun idarə etdiyi "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq kənardakı dəmirçi sexinə çırpılıb. Hadisə zamanı sexdəki usta xəsarət almasa da, avtomobil sexin qarşısında dayanmış digər avtomobilin yanındakı sürücünü -1950-ci il təvəllüdlü Abdulhəmid Osmanovu vurub. Qızılağac kənd orta məktəbinin müəllimi olan Abdulhəmid Osmanov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top