21.01.2016
Qəzalar
“Mersedes” “KamAZ”la toqquşdu - Yaralanan var
Salyanda avtomobilin yük maşını ilə toqquşması nəticəsində 1 nəfər yaralanıb. Сars-az report-a istinadən xəbər verir ki, bu gün saat 19:20 radələrində Ələt-Astara magistral yolunun Salyan rayonundakı "PMK-9" adlanan yaşayış massivinin ərazisində qəza hadisəsi qeydə alınıb. Neftçala şəhər, M.Ə.Rəsulzadə küçəsi, 12 ünvanında yaşayan 29 yaşlı Ülvi Muxtar oğlu Mehnətin idarə etdiyi "Mersedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Mercedes"in sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.