İki il əvvəl piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

İki il əvvəl piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

İki il əvvəl piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Şirvanda 2 il əvvəl piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Сars-az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən (ŞPŞ) verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin dekabrın 17-də Şirvan sakini, 1962-ci il təvəllüdlü Fazilə Sarxan qızı Cəfərovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü həbs edilib. Həmin şəxsin VAZ-21063 markalı avtomobilin sürücüsü, Sabirabad rayon sakini Amil Abbasovun olduğu müəyyən edilib. Qeyd edək ki, F. Cəfərova aldığı xəsarətlərdən Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib. Hadisə yerindən qaçan, kimliyi məlum olmayan sürücünün və avtomobilin axtarışları 2 il davam edib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top