19.01.2016
Qəzalar
Müğənni qəzaya düşdü
Müğənni Ceyson Mraz qəzaya uğrayıb. Сars-az oxu.az-a istinadən xəbər verir ki, sürücüsünün qırmızı işığa məhəl qoymadığı avtomobil “Belle Luna” və “Plane” hitlərinin ifaçısının getdiyi avtomobilə çırpılıb. Aldığı zərbədən Mrazın avtomobili 90 dərəcə bucaq altında dönüb və digər avtomobillə toqquşub. Ceyson boyun nahiyəsindəki ağrılardan şikayət edib, amma xəstəxanaya getməyib, onun yanında olan xanıma isə müalicə lazım olacaq. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.