18.01.2016
Qəzalar
İki piyadanı vurub qaçan sürücü saxlandı
Bakıda piyadaları vurub qaçan sürücünü şəxsiyyəti müəyyənləşib. Сars-az-ın Daxili İşlər Nazirliyi istinadən məlumatına görə, yanvarın 16-da saat 01 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Vüsal Şərifov və Selcan Adıgözəlzadə vurulub və onlar xəstəxanaya yerləşdiriliblər. Suraxanı RPİ əməkdaşları tərəfindən hadisənin “VAZ-2107” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini İbrahim Rufullayev tərəfindən törədilməsi müəyyən edilib. Araşdırma aparılır.
Fidan