Bakıda nənə və nəvə vuruldu

Bakıda nənə və nəvə vuruldu

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi "Lada" markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub. Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top