Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı

Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı

Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı

Şənbə günü ölkə yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumatına görə, yanvarın 16-da ölkədə ümumilikdə 11 yol qəzası baş veriub. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 19 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır yol qəzası Sumqayıtın mərkəzində - Heydər Əliyev prospektində baş verib. " VAZ21015" və "Geely"nin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib. Daha 3 nəfər isə yaralanıb. Sumqayıt yaxınlığında, Bakı-Quba magistralının 42-ci kilometrliyində "Kia Sorento"nun aşması nəticəsində isə 1 qadın vəfat edib, daha 2 qadın isə yaralanıb.

Ölümlə nəticələnən digər qəzalar Bərdədə və Bakının Yasamal rayonunda baş verib. Hər iki hadisədə yolu keçmək istəyən qadınlar avtomobil tərəfindən vurulub və onlar ölüb.

Dostlarınla paylaş


Şərhlər


Top