İt yola çıxdı, maşın ticarət obyektinə girdi – FOTO

İt yola çıxdı, maşın ticarət obyektinə girdi – FOTO

İt yola çıxdı, maşın ticarət obyektinə girdi – FOTO

Axşam saatlarında Tovuz rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Сars-az "report"a istinadən xəbər verir ki, qəza "Changan" markalı avtomobilin yoldan çıxaraq kənardakı obyektə çırpılması nəticəsində baş verib. Şahidlərin sözlərinə görə, qəzaya yola qəfil itin çıxması səbəb olub. İdarəetməni itirən sürücü əvvəlcə yol kənarındakı dəmir maneələrə, daha sonra isə ticarət obyektinə çırpılıb. Maşın yararsız hala düşsə də, qəzadan sağ çıxan sürücü hadisə yerindən uzaqlaşıb. Tovuz rayon Polis şöbəsi qəzanın səbəblərini araşdırır.

Dostlarınla paylaş


Şərhlər


Top