“Qazel” qadını vurub öldürdü

“Qazel” qadını vurub öldürdü

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Сars-az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Bakı küçəsində baş verib. “Qazel” markalı yük avtomobili yolu keçmək istəyən qadını vurub. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 40-45 yaşlarında qadının şəxsiyyəti hələlik məlum deyil. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top