15.01.2016
Qəzalar
Gəmi batdı, 3 uşaq öldü
Egey dənizinin Yunanıstan hissəsində, Aqatonisi adası sahillərində qaçqınların olduğu gəminin batması nəticəsində 3 uşaq boğularaq ölüb. Сars-az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, xilasedicilər batan gəmidən 20 nəfəri sağ çıxarıblar. Onlar Yunanıstanın Aqatonisi adasına aparılıb. Oradan isə ölkənin digər limanına köçürüləcəyi gözlənilir.