15.01.2016
Qəzalar
Avtobus dərəyə yuvarlandı: 14 ölü, 27 yaralı – FOTO
Yaponiyanın Naqano əyalətində ağır yol qəzası baş verib. Сars-az xarici mətbuata istinadən verdiyi məlumata görə, turistləri daşıyan və içərisində 41 sərnişinin olduğu avtobus dağlıq bölgədəki 3 metr hündürlükdəki sıldırım qayadan uçuruma yuvarlanıb. Qəza nəticəsində ən azı 14 nəfər ölüb, 27 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.