15.01.2016
Qəzalar
Gəncədə iki avtomobil toqquşub
Gəncədə iki avtomobil toqquşub. Сars-az kəpəztv-yə istinadən bildirir ki, hadisə şəhərin Ozan kücəsi ilə Firdovsi küçəsinin kəsişməsində baş verib. "Mercedes" markalı avtomobilin sürücüsü Ozan küçəsi ilə hərəkəttə olarkən "VAZ-2106" markalı avtomobil qəfildən onun yoluna cıxıb. Qəza zamanı "Mercedes"in qabaq hissəsi yararsız hala düşüb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Faktla bağli araşdırma aparılır.