14.01.2016
Qəzalar
Yük maşının qoşqusunda 142 miqrant aşkarlandı
Meksika polisi paytaxt Mexiko yaxınlığında içərisində 142 miqrantın olduğu yük maşınını aşkarlayıb. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Amerika ölkələrindən gələn qeyri-qanuni miqrantar Meksikanın şimalındakı Monterrey şəhərinə, oradan isə ABŞ ərazisinə keçməli imişlər. Yük maşını Meksikanın Verakrus şəhərindən yola düşüb. Hadisə ilə əlaqədar avtomobilin sürücü daxil olmaqla, 4 nəfər saxlanılıb. Onlar insan alveri və miqrantların qanunsuz daşınmasında şübhəli bilinirlər.