14.01.2016
Qəzalar
Sərnişin təyyarəsi tüstülənmə səbəbindən təcili eniş edib
ABŞ-da Los-Anceles - Nyu-York marşrutu ilə uçan təyyarə Las-Veqas şəhərinin hava limanında təcili eniş edib. Сars-az "gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.
Sərnişin təyyarənin göyərtəsində 90 nəfərin olduğu bildirilir. Qeyd olunur ki, Las-Veqasda həyata keçirilən yoxlama zamanı hava gəmisində hər hansı nasazlıq qeydə alınmayıb.
Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.