15.01.2016
Qəzalar
Samuxda qəza: ağır xəsarət alanlar var
Samuxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. “VAZ 2106” ilə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Samux rayon Çobanabdallı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Məmmədov və sərnişini, 1986-cı il təvəllüdlü Zəfər Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. R. Məmmədovun vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Z. Məmmədovun vəziyyəti isə orta ağırdır.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.