Sərnişin gəmisində yanğın 

Sərnişin gəmisində yanğın 

Yeni Zelandiyanın Fakatane şəhəri sahillərindən 1 km kənarda, sərnişin gəmisində yanğın baş verib. Сars-az xarici mətbuata istinadən verdiyi xəbərə görə, gəminin göyərtəsində 57 sərnişin və 7 ekipaj üzvü olub. Xilasedicilər qayıqların köməyi ilə köməksiz vəziyyətdə qalan insanları təxliyyə edə biliblər. Bütün insanlar xilas edilib və sahilə çatdırılıb.

Tibb işçiləri insanların ciddi xəsarət almadıqlarını bildiriblər.

Yanğının səbəbləri barədə hələlik heç nə deyilmir.

Dostlarınla paylaş


Şərhlər


Top