18.01.2016
Qəzalar
Buzovnada sürücü yolu keçən piyadanı vurub öldürdü
Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.
Sabirabad rayon sakini Hüseyn Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Alqayıt Mirzəyevi vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.