19.01.2016
Qəzalar
Bakıda ağır qəza:Ölən və yaralanan var
Qaradağ rayonunun Ələt qəsəbəsində ağır yol qəzası baş verib.
Сars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində Ağdaş rayon sakini Zahir Bayramovun idarə etdiyi “Mercedes” və Orxan Qarayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə O.Qarayev hadisə yerində ölüb, sərnişini Təbriz Zeynalov isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.