19.01.2016
Qəzalar
Qubada traktor və dərman səpən yanıb
Quba rayonunda yanğın hadisəsi baş verib. Сars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Amsarqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kvadrat metr olan talvarın yanar konstruksiyaları, talvarın altında "YUTA" markalı traktorun, "VULKAN" markalı dərman səpən qoşqunun yanar hissələri, 5 ton gübrə və 8 kub m odun yanıb. Talvara bitişik olan ev yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.