20.01.2016
Qəzalar
Lənkəranda qəribə qəza; "Shacman" qəzadan bir qədər sonra dərəyə yuvarlandı
Lənkəran-Lerik şose yolunun 23-cü km-də, Lerik rayonunun Piran kəndi ərazisində yol qəza hadisəsi baş verib. Сars-az "Report"a istinadən xəbər verir ki, "Shacman" markalı yük maşını ilə "VAZ-21011" markalı avtomaşın toqquşub. Şahidlərin sözlərinə görə, hadisəni törətdikdən sonra yük maşınının sürücüsü digər sürücünün xəsarət alıb-almadığını öyrənmək üçün maşından enib. Lakin üzüaşağı yolda dayanan yük maşınında əyləc sistemi sıradan çıxdığından nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzadan hər iki sürücü yüngül xəsarətlərlə qurtarsa da adı açıqlanmayan şirkətə məxsus yük maşını ciddi deformasiyaya uğrayıb.