“Mercedes”lə 4 otaqlı ev külə döndü

“Mercedes”lə 4 otaqlı ev külə döndü

Qazax rayonunda ev, Abşeronda isə “Mercedes” yanıb. Cars-az-ın FHN-ə istinadən məlumatına görə, Qazax rayonunun Çaylı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub

Digər yanğın isə Abşeron rayonunda baş verib. Xırdalan şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top