Daha bir velosipedçi ölümü

Daha bir velosipedçi ölümü

Zərdabda minik maşını velosipedçini vurub. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zərdab şəhərində baş verib. Ağcabədi rayon sakini 1975 – ci il təvəllüdlü Piriyev Rövşən Yaqub oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə velosipedçi, rayonun Qoşaoba kənd sakini 1982 – ci il təvəllüdlü Qasımov Tahir Vaqif oğlunu vurub. Nəticədə T. Qasımov aldığı müxtəlif ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top