16 yaşlı oğlan velosipeddən yıxılaraq öldü

16 yaşlı oğlan velosipeddən yıxılaraq öldü

16 yaşlı oğlan velosipeddən yıxılaraq öldü

Şəkidə bədbəxt hadisə baş verib. Cars-az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, Şəki şəhəri Məzahir Əliyev-21 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Murad Bayram oğlu Həsənov velosipedlə elə həmin küçədə hərəkətdə olarkən velosipedi aşırıb. Nəticədə 16 yaşlı Murad Həsənov başından qapalı kəllə-beyin travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkimlərin səyinə baxmayaraq Murad Həsənov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top