04.11.2015
Qəzalar
Avtobus yük maşını ilə toqquşdu: 25 ölü
Hindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində ən azı 25 nəfər ölüb. Cars-az xəbər verir ki, hadisə Hindistanın Madhya Pradeş ştatında baş verib. Xəsarət alan 9 nəfər xəstəxanaya yerləşdirilib. Polis qəzanın səbəblərini araşdırır.