Masallı-Yardımlı yolunda baş verən qəzada bir nəfər ölüb

Masallı-Yardımlı yolunda baş verən qəzada bir nəfər ölüb

Masallı-Yardımlı yolunda baş verən qəzada bir nəfər ölüb

Masallı-Yardımlı yolunun 4-cü km-də, Qəriblər kəndindən keçən hissəsində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, 1957-ci il təvəllüdlü Bəxtiyar Mirişov idarə etdiyi «BMW» markalı 99 DE 726 dövlət nömrə nişanlı maşın eyni istiqamətdə hərəkət edən "VAZ 2107" markalı 44 BJ 408 dövlət nömrə nişanlı avtomobilə toqquşub.

BMW-nin sürücüsü B.Mirişov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə nəticəsində "VAZ 2107"-nin sürücüsü, 1993-cü il təvəllüdlü Tural Rəcəbli yüngül yaralanıb, maşındakı sərnişin 1994-cü il təvəllüdlü Teymur Qasımov sağ qolundan xəsarət alıb.

Qəza yerinə gələn yol polisi əməkdaşları yol-nəqliyyat hadisəsinə BMW markalı avtomaşının sürücüsünün səbəb olduğunu, onun ötmə qaydasını pozduğunu, sürət həddini aşdığını və nəticədə idarə etdiyi avtobobilin qəzaya uğradığını deyiblər.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top