Suraxanıda bir gecədə 3 avtomobil yandı

Suraxanıda bir gecədə 3 avtomobil yandı

Bu gecə Bakının Suraxanı rayonunda üç avtomobil yanıb. Cars-az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Digər bir halda isə Suraxanı rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilin mühərrik hissəsi yanıb.

Üçüncü hadisə də elə Suraxanıda baş verib – rayonun ərazisində vətəndaşa məxsus “PRADO” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb.

Dostlarınla paylaş


Şərhlər


Top