Məktəbli "Mercedes"lə qəza törətdi və öldü

Məktəbli "Mercedes"lə qəza törətdi və öldü

Məktəbli "Mercedes"lə qəza törətdi və öldü

Bərdə rayonunda ağır yol qəzası baş verib. Cars-az lent.az-a istinadən xəbər verir ki, rayonun Xəlisli kəndində 15 yaşlı Ziyadzadə Fərid Murad oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 CM 281 nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə yeniyetmə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəzaya düşən F.Ziyadzadə orta məktəbin 9-cu sinif şagirdi olub. Sürücülük vəsiqəsi olmayan məktəbli atasının maşınını idarə edirmiş.

Dostlarınla paylaş


Şərhlər


Top