Naməlum avtomobilin vurduğu piyada öldü

Naməlum avtomobilin vurduğu piyada öldü

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 11-də axşam saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda qeydə alınıb. Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev yolu keçmək istəyərkən markası və dövlət nömrə nişanı hələlik məlum olmayan avtomobil tərəfindən vurulub. M. Mirzəyev Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top