04.11.2015
Qəzalar
Siyəzəndə maşın aşıb; 1 ölü, 4 yaralı
Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza magistralın 95-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. “Mersedes” markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ölən şəxs 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Səttərova Səadət Abdulla qızıdır. Maşında olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.