Ağır qəza törədən sürücü xəstəxanada öldü

Ağır qəza törədən sürücü xəstəxanada öldü

Ağır qəza törədən sürücü xəstəxanada öldü

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Nobel prospektində qeydə alınıb.

Bakı şəhər sakinləri – 1996-cı il təvəllüdlü Teymur Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 1983-cü il təvəllüdlü Yuravel Ruslan oğlu Lvoviçin sürdüyü avtomobillə toqquşub.

Teymur Süleymanova xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Dostlarınla paylaş


Şərhlər


Top