31.03.2016
Qəzalar
Klub avtobusu qəzaya düşdü: 5 futbolçu öldü
Polşada olan ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 futbolçu ölüb.
Сars-az lent.az-a istinadən bildirir ki, ölkənin 3-cü liqasında çıxış edən "Volczaanka" klubunun avtobusu "KamAZ"la toqquşub.
Qəza nəticəsində klubun 5 futbolçusu - 28 yaşlı Rafal Rydych, 23 yaşlı Kamil Pydych, 19 yaşlı Patryk Szevzak, 25 yaşlı Mariusz Korzepa və 29 yaşlı Kamil Oslizlo - ölüb.
Xeyli sayda yaralı var.