Bakıda 16 yaşlı qızı maşın vurub

Bakıda 16 yaşlı qızı maşın vurub

Bakıda 16 yaşlı qızı maşın vurub. Сars-az xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Günel Abbasova vurulub. G.Abbasovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü Lənkəran şəhər sakini 1976-cı il təvəllüdlü Rahim Yaqub oğlu Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top