Kanadada təyyarə qəzası nəticəsində 6 nəfər ölüb

Kanadada təyyarə qəzası nəticəsində 6 nəfər ölüb

Kanadada təyyarə qəzası nəticəsində 6 nəfər ölüb

Kanadada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib.

Сars-az cbc-yə istinadən xəbər verir ki, qəza Kvebek əyalətində, Madlen adalarında baş verib.

Hava gəmisində ümumilikdə 7 nəfər olub, onlardan 6-sı yerindəcə ölüb. Bir nəfər kişi sağ qala bilib və təcili xəstəxanaya çatdırılıb. Kişinin ağır vəziyyətdə olduğu bildirilir.

Kvebek polisi təyyarənin şəxsi mülkiyyətə aid olduğunu diqqətə çatdırıb.

Dostlarınla paylaş


Şərhlər


Top