Gəncədə qəza: bir nəfər yaralıandı

Gəncədə qəza: bir nəfər yaralıandı

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. Belə ki, 51 yaşlı şəhər sakini Zahid İbrahimov yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Сars-az xəbər verir ki, Xəstəxanadan Kəpəz televiziyasına verilən məlumata görə, şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. Sağ baldır sümüklərinin yerini dəyişmiş sınığı diaqnozu qoyulan Zahid İbrahimov tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top