"BMW" və “Hyundai” toqquşdu, ölən var

"BMW" və “Hyundai” toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az apa-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Rəhim Mürsəlovun idarə etdiyi "BMW" markalı avtomobil Tərtər rayon sakini Sərdar Nəcəfovun idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub. Nəticədə R.Mürsəlov və sərnişini 1971-ci il təvəllüdlü Kəmalə Mürsəlova xəstəxanaya yerləşdiriliblər. K.Mürsəlova orada ölüb, sürücünün vəziyyəti isə orta-ağırdır.

Dostlarınla paylaş


Şərhlər


Top