Bakıda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü

Bakıda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü

Bakıda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü

Səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Milli.az-ın məlumatına görə, Zabrat- Kürdəxanı yolunda şagirdləri daşıyan "Ford" markalı mikroavtobus "Niva" ilə toqquşub. "Ford"da olan şagirdlərdən bir neçəsi yaralanıb. Onlar təcili 3 saylı xəstəxanaya aparılıblar. 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. "Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.

Dostlarınla paylaş


Şərhlər


Top